Aşılama (intrauterin inseminasiya, IUI)

Aşılama (IUI) laboratoriyada hazırlanmış, ən hərəkətli spermatozoidlərdən ibarət nümunənin ovulyasiya vaxtı nazik kateterlə birbaşa uşaqlıq boşluğuna yeridilməsidir. Prosedur bir neçə dəqiqə çəkir və narkoz tələb etmir. Mayalanma bədənin içində, təbii yolla baş verir. Aşılama süni mayalanmadan daha az xərclidir.

  • Bir neçə dəqiqə
  • Narkoz tələb etmir
  • Mayalanma bədənin içində

Aşılama kimlərə uyğundur?

Aşılama xüsusən nikah müddəti az olan və spermdə yüngül problem olan cütlüklərdə faydalıdır. Əsas şərtlər:

  • uşaqlıq borularından ən azı biri açıq olmalıdır;
  • hazırlanmış nümunədə kifayət qədər hərəkətli sperm olmalıdır;
  • qadının yaşı və yumurta ehtiyatı vaxt itirməyə imkan verməlidir.

Aşılama necə aparılır?

  1. Stimulyasiya. Lazım olduqda yumurtalıqlar yüngül dərmanlarla stimulyasiya olunur.
  2. USM ilə izləmə. Follikulun inkişafı USM ilə izlənir, ovulyasiya vaxtı müəyyən edilir.
  3. Spermanın hazırlanması. Həmin gün sperma nümunəsi laboratoriyada hazırlanır.
  4. İnseminasiya. Hazırlanmış nümunə kateterlə uşaqlığa yeridilir.
  5. Hamiləlik testi. Təxminən iki həftə sonra hamiləlik testi verilir.

Aşılama nə vaxt tövsiyə edilmir?

Şans az olan cütlüklərdə aşılamaya başlamırıq: vaxt itirmədən digər yollar müzakirə olunur. Borular bağlı olduqda, sperm problemi ağır olduqda, yumurta ehtiyatı çox azaldıqda və ya yaş amili vaxtı məhdudlaşdırdıqda adətən süni mayalanma daha düzgün seçimdir.

Aşılama ilə uşağın cinsiyyətini seçmək olarmı?

Xeyr. Nə aşılama, nə “hesablama”, nə də sperm müalicəsi ilə uşağın cinsiyyətini seçmək mümkün deyil. Embrionun cinsiyyəti yalnız süni mayalanma zamanı aparılan genetik testlə müəyyən edilə bilər.

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü