ICSI (mikroinyeksiya)

ICSI (intrasitoplazmatik sperm inyeksiyası) süni mayalanmanın bir üsuludur: embrioloq mikroskop altında seçdiyi tək spermi incə iynə ilə birbaşa yumurtanın içinə yeridir. Beləliklə, spermin yumurtanın qişalarını özü keçməsinə ehtiyac qalmır. Bu, çox həssas prosedurdur və yalnız təcrübəli embrioloqlar tərəfindən aparılır.

  • Yalnız yetkin yumurtalara ICSI edilir
  • Göstəriş olduqda çip üsulu
  • Bəzi hallarda Piezo-ICSI

Klassik IVF ilə ICSI arasında fərq nədir?

Klassik IVF-də spermlər yumurtanın ətrafına buraxılır və onlardan birinin qişaları keçib yumurtaya daxil olması gözlənilir. ICSI-də isə bu mərhələni embrioloq həyata keçirir: seçilmiş sperm birbaşa yumurtanın içinə yerləşdirilir. Sperm problemi olduqda ICSI mayalanmanı daha etibarlı edir.

ICSI kimlərə tövsiyə olunur?

  • spermlərin sayı az, hərəkətliliyi və ya quruluşu zəif olduqda;
  • sperm TESE və ya mikro-TESE ilə xayadan əldə edildikdə;
  • əvvəlki cəhdlərdə mayalanma baş vermədikdə və ya çox zəif olduqda;
  • dondurulmuş yumurtalardan istifadə edildikdə;
  • embrionun genetik testi (PGT) planlaşdırıldıqda.

DURU laboratoriyasında ICSI necə aparılır?

  1. Toplanan yumurtaların ətrafındakı hüceyrələr diqqətlə təmizlənir və hər yumurtanın yetkinliyi qiymətləndirilir. Yalnız yetkin yumurtalara ICSI edilir.
  2. Spermlər hərəkətliliyinə və quruluşuna görə seçilir. Göstəriş olduqda çip üsulundan istifadə olunur.
  3. Bəzi hallarda ICSI piezoelektrik üsulla (Piezo-ICSI) aparılır: yumurtanın qişası iti iynə əvəzinə incə piezoelektrik impulslarla keçilir.
  4. Mayalanma növbəti gün yoxlanılır, embrionların inkişafı izlənir.

ICSI hamiləliyi təmin edirmi?

Xeyr. ICSI mayalanmanın baş verməsinə kömək edir, lakin embrionun inkişafı və uşaqlığa yapışması yumurtanın keyfiyyəti, yaş və endometrium kimi digər amillərdən asılıdır.

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü