Yumurta dondurmanı kimlər düşünməlidir?
- təhsil və ya karyera səbəbindən ana olmağı təxirə salan xanımlar;
- hələ ailə qurmamış, amma yaşının irəlilədiyindən narahat olan xanımlar — “yaşım keçir, uşaq sahibi olmalıyam, amma hələ evlənmək istəmirəm” deyənlər üçün bu, real alternativdir;
- yumurta ehtiyatı (AMH) azalmağa başlayan xanımlar;
- yumurta ehtiyatını azalda biləcək müalicə və ya əməliyyatdan əvvəl, həkimin tövsiyəsi ilə.
Hansı yaşda dondurmaq daha doğrudur?
Nə qədər tez, bir o qədər yaxşıdır. 35 yaşdan sonra yumurtaların sayı və keyfiyyəti daha sürətlə azalır. Gənc yaşda dondurulan yumurtalarla gələcəkdə hamiləlik şansı daha yüksək olur. Yaşınıza və AMH göstəricinizə görə neçə yumurtanın dondurulmasının məqsədəuyğun olduğunu həkim izah edir.
Evlənməmiş xanımlarda yumurtalar necə toplanır?
Evlənməmiş xanımlarda yumurtaları vaginal yolla toplamaq istənilmir. Belə hallarda yumurtalar qarın ön divarından — göbək ətrafından, USM nəzarəti altında və narkozla toplanır. Bu üsul texniki cəhətdən daha mürəkkəbdir və mərkəzimizdə illərdir tətbiq olunur. Üsulun mümkünlüyü yumurtalıqların yerləşməsindən asılıdır; buna həkim müayinədən sonra qərar verir.
Yumurta dondurma prosesi necə gedir?
- Müayinə. AMH və digər hormonlar, USM.
- Yumurtalıqların stimulyasiyası. Orta hesabla 10–12 gün, USM ilə izləmə.
- Yumurta toplama. Narkoz altında.
- Dondurma və saxlanma. Yetkin yumurtaların laboratoriyada dondurulması və maye azotda saxlanması.
Dondurulmuş yumurta gələcəkdə hamiləliyi təmin edirmi?
Xeyr, amma şansı qoruyur. Nəticə dondurma yaşından və yumurtaların sayından asılıdır. Yumurtalar dondurulmasaydı, illər sonra qadının əlində daha az və daha zəif yumurta qalardı.

