Yumurtalıqdaxili PRP (“yumurta cavanlaşdırma”)

PRP (trombositlə zəngin plazma) xəstənin öz qanından hazırlanır. “Yumurta cavanlaşdırma” adı ilə tanınan prosedurda bu plazma narkoz altında yumurtalığa yeridilir, buna görə xəstə ağrı hiss etmir. Məqsəd yumurta ehtiyatı azalmış qadınlarda yumurtalığın cavabını yaxşılaşdırmağa çalışmaqdır.

  • Xəstənin öz qanından
  • Narkoz altında
  • Yalnız seçilmiş hallarda

PRP kimlər üçün müzakirə oluna bilər?

  • yumurta ehtiyatı (AMH) çox azalmış qadınlar;
  • erkən menopoz diaqnozu qoyulmuş, az sayda yumurta inkişafı müşahidə olunan xəstələr;
  • bir neçə uğursuz cəhdi olmuş, yumurtalıq cavabı zəif olan xəstələr.

PRP qərarı hər xəstə üçün fərdi verilir. Əvvəlcə analizlərə, yumurta ehtiyatına, yaşa və ümumi reproduktiv vəziyyətə baxılır, sonra həkim PRP-nin uyğun olub-olmadığını müəyyən edir.

Elmi sübutlar nə deyir?

PRP-nin effektivliyi ilə bağlı araşdırmalar davam edir və nəticələr hələ birmənalı deyil. Avropa İnsan Reproduksiyası və Embriologiyası Cəmiyyəti (ESHRE) 2023-cü il tövsiyələrində yumurtalıqdaxili PRP-ni rutin müalicə kimi qəbul etmir. Buna görə mərkəzimizdə PRP yalnız seçilmiş hallarda, xəstəyə real gözləntilər açıq izah edildikdən sonra tətbiq olunur.

Uşaqlığın içinə PRP edirsinizmi?

Xeyr. DURU-da uşaqlıqdaxili (endometrial) PRP tətbiq olunmur. PRP yalnız yumurtalığa, göstəriş olduqda aparılır.

Mənbə: ESHRE Add-ons Working Group. Good practice recommendations on add-ons in reproductive medicine. Human Reproduction, 2023. doi.org/10.1093/humrep/dead184

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü