Embrion transferi

Embrion transferi laboratoriyada inkişaf etdirilmiş embrionun nazik, yumşaq kateterlə uşaqlıq boşluğuna yerləşdirilməsidir. Bu, süni mayalanmanın son və ən həssas mərhələsidir. Prosedur adətən bir neçə dəqiqə çəkir, ağrısızdır və narkoz tələb etmir.

  • Adətən bir neçə dəqiqə
  • Ağrısız
  • Narkoz tələb etmir

Transferdən əvvəl nələr yoxlanılır?

Transferdən əvvəl endometrium diqqətlə qiymətləndirilir. Endometrium bizi qane etmirsə, bu, transferi təxirə salmaq üçün kifayət qədər səbəbdir: belə hallarda embrionlar dondurulur və transfer uşaqlıq hazır olanda aparılır. Ən kiçik şübhəni belə nəzərə almaq lazımdır. Həkimi tələsdirməmək də yaxşı nəticənin bir hissəsidir.

Neçə embrion köçürülür?

Bu qərar fərdi verilir. Daha çox embrion köçürmək hər zaman daha yaxşı nəticə demək deyil: çoxdöllü hamiləlik həm ana, həm də körpələr üçün vaxtından əvvəl doğuş kimi əlavə risklər daşıyır. Embrionların sayı qadının yaşı, embrionların keyfiyyəti və əvvəlki cəhdlər nəzərə alınaraq müəyyən edilir.

Təzə və dondurulmuş embrion transferi arasında fərq nədir?

Təzə transferdə embrion yumurta toplama ilə eyni sikldə köçürülür. Dondurulmuş embrion transferində isə embrionlar əvvəlcə dondurulur, sonra hazırlanmış endometriuma növbəti sikllərdən birində köçürülür. Endometriumun və ya hormonal vəziyyətin uyğun olmadığı hallarda dondurulmuş transfer daha düzgün seçim ola bilər.

Transferdən sonra nələrə diqqət etmək lazımdır?

Transferdən sonra uzun müddət yataqda qalmağa ehtiyac yoxdur: qısa istirahətdən sonra adi gündəlik həyata qayıtmaq olar. Ağır fiziki yükdən çəkinmək, təyin olunan dərmanları vaxtında qəbul etmək və həkimin təyin etmədiyi heç bir preparatı qəbul etməmək lazımdır. Hamiləlik testi həkimin göstərdiyi gündə, qan analizi ilə yoxlanılır.

Transfer uğursuz olubsa, növbəti transfer nə vaxt edilə bilər?

Dondurulmuş embrionlar varsa, növbəti transfer çox vaxt sonrakı menstrual sikllərdən birində planlaşdırıla bilər. Dəqiq vaxtı həkim endometriumun vəziyyətinə və əvvəlki cəhdin təhlilinə görə müəyyən edir.

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü