DURU Sonsuzluq Mərkəzi · Dr. Emin Haqverdiyev

Bakıda sonsuzluq müalicəsi və süni mayalanma

Sonsuzluğun sonu var.

DURU Sonsuzluq Mərkəzi Bakıda, Nəsimi rayonunda yerləşən sonsuzluq və qadın sağlamlığı mərkəzidir. Mərkəz 2021-ci ildə uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi Dr. Emin Haqverdiyev tərəfindən təsis edilib. Burada əvvəlcə sonsuzluğun səbəbi araşdırılır, müalicə yolu isə yalnız səbəb tapıldıqdan sonra seçilir.

  • 2021-ci ildən Bakıda
  • Qadın və kişi sonsuzluğu bir komandada
  • Bölgələrdə mütəmadi qəbul

Embriologiya laboratoriyası

ICSI, çip üsulu ilə sperm seçimi, dondurma və saxlanma.

Müalicə yolu

  1. 1Cütlüyün birlikdə müayinəsi
  2. 2Səbəbin tapılması
  3. 3Fərdi müalicə planı

Bölgə qəbulları

Gəncə, Mingəçevir, Şəki və digər şəhərlər.

Sizin yolunuz

Hansı mərhələdəsiniz?

Hər cütlüyün hekayəsi fərqlidir. Müalicə yolu da cütlüyün vəziyyətinə, yaşına və vaxtına görə qurulur.

Yanaşmamız

Nəyə görə DURU?

  1. Əvvəl səbəb, sonra müalicə

    Səbəbini tapmadan addım atmırıq. Fərqi analizlərin sayı deyil, onların düzgün oxunması yaradır.

  2. Hər cütlüyə süni mayalanma lazım deyil

    Bəzən kiçik bir histeroskopiya, düzgün seçilmiş müalicə və ya aşılama kifayət edir. Süni mayalanma lazım olanda isə vaxt itirmirik.

  3. Lazımsız əməliyyat yoxdur

    Nə vaxt əməliyyat etmək lazım olduğunu bildiyimiz kimi, nə vaxt etməmək lazım olduğunu da bilirik. Əməliyyat lazım olanda qapalı — laparoskopik və histeroskopik — üsula üstünlük veririk.

  4. Açıq söhbət

    Əlimizdə sehrli çubuq yoxdur. Şans real olanda müalicəyə başlayırıq, az olanda bunu açıq deyirik və digər yolları birlikdə müzakirə edirik.

  5. Cütlük birlikdə

    Qadın və kişi eyni vaxtda qiymətləndirilir. Uroloq-androloq və embrioloqlar komandamızın ayrılmaz hissəsidir.

  6. Tək deyilsiniz

    Müalicə psixoloji dəstəklə birlikdə aparılır. Bölgələrdə yaşayanlar üçün isə yol elə qurulur ki, Bakıya yalnız lazım olanda gəlsinlər.

Süni mayalanma addım-addım

Müayinədən hamiləlik testinə qədər

Mərhələlər ətraflı
  1. Müayinə və plan

    Cütlüyün analizləri qiymətləndirilir, fərdi protokol seçilir.

  2. Stimulyasiya və izləmə

    Follikulların inkişafı USM ilə izlənir; bölgədə yaşayanlar bu müayinədən yerli USM həkimində keçə bilər.

  3. Yumurta toplama

    Qısa müddətli narkoz altında aparılır.

  4. Laboratoriyada mayalanma

    Klassik IVF və ya ICSI.

  5. Transfer və test

    Transferdən təxminən 10–14 gün sonra qan analizi verilir.

Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi
Dr. Emin Haqverdiyev Uzman mama-ginekoloq, ginekoloq-cərrah, süni mayalanma mütəxəssisi

Həkimimiz

Təsisçi və rəhbər: Dr. Emin Haqverdiyev

Tibb təhsilini Ankarada, Gazi Universitetində alıb, mama-ginekologiya üzrə ixtisaslaşmanı da Ankarada başa vurub. İstanbulda Acıbadem Atakent və İzmitdə VM Medical Park xəstəxanalarının süni mayalanma bölmələrində çalışıb, Bahçeşehir Universitetinin Tibb fakültəsində həkim-pedaqoq olub. 2019-cu ildən Bakıda fəaliyyət göstərir.

  • Gazi Universiteti
  • Ankara Yıldırım Beyazıt Universiteti
  • ESHRE və ASRM üzvü

“Xəstələrimizi nə vaxt əməliyyat edəcəyimizi bildiyimiz kimi, nə vaxt əməliyyat etməməli olduğumuzu da bilməliyik.”

Dr. Emin Haqverdiyev
Həkim haqqında ətraflı

Laboratoriya

Embriologiya laboratoriyası

“Yaxşı embrioloq işimizin ən azı yarısıdır.

Dr. Emin Haqverdiyev

  • Sperma analizi, hərəkətliliyə və quruluşa görə sperm seçimi, göstəriş olduqda çip üsulu
  • Klassik IVF və ICSI, bəzi hallarda Piezo-ICSI
  • TESE və mikro-TESE nümunələrində sperm axtarışı
  • Embrionların inkişafının izlənməsi və qiymətləndirilməsi
  • Embrion, yumurta və spermanın maye azotda saxlanması
Laboratoriya haqqında

Bölgə qəbulları

Bakıdan kənarda yaşayırsınız? Məsafə müalicəyə mane olmamalıdır

Dr. Emin Haqverdiyev və komandası mütəmadi olaraq bölgələrdə qəbul keçirir. Qəbul tarixləri Instagram səhifələrimizdə elan olunur, qəbul yalnız əvvəlcədən qeydiyyatla mümkündür.

  • Gəncə
  • Mingəçevir
  • Şəki
  • Qəbələ
  • Quba
  • Masallı
  • Xaçmaz
  • Bərdə
  • Lənkəran
  • Şamaxı
  • Goranboy
Bölgə qəbulları haqqında

Stimulyasiyanı yaşadığınız yerdə izləyin

  1. Yerli USM həkimində follikul müayinəsindən keçirsiniz.
  2. Follikulların sayı və ölçüləri detallı qeyd olunur.
  3. Proses məsafədən izlənir, növbəti addım planlaşdırılır.
  4. Bakıya yalnız yumurta toplama və transfer kimi mərhələlər üçün gəlirsiniz.

Mediada

Televiziya, podkast və elmi tədbirlər

Hamısına baxın

Suallar

Tez-tez verilən suallar

Nə vaxt sonsuzluq həkiminə müraciət etməliyik?

12 ay müntəzəm, qorunmasız cinsi həyata baxmayaraq hamiləlik baş vermirsə, cütlük birlikdə müayinə olunmalıdır. Qadın 35 yaşdan yuxarıdırsa, 6 ay ərzində hamiləlik baş vermədikdə, 40 yaşdan sonra isə gözləmədən müraciət etmək lazımdır.

Hər cütlüyə süni mayalanma lazımdırmı?

Xeyr. Bəzən hamiləliyə polip, uşaqlıq boşluğunun forması və ya hormonal pozğunluq kimi sadə problem mane olur. Səbəb aradan qaldırıldıqda hamiləlik təbii yolla və ya aşılama ilə baş verə bilər. Süni mayalanma göstərişə görə seçilir.

AMH-ım aşağıdır. Hamilə qalma şansım varmı?

Bəli. Aşağı AMH az sayda yumurta deməkdir, amma yumurtanın keyfiyyətini birbaşa göstərmir. Süni mayalanma üçün bəzən bir keyfiyyətli yumurta da kifayət edir. Bu vəziyyətdə əsas məsələ vaxt itirməmək və fərdi protokol seçməkdir.

Spermioqramda 0 sperm çıxıb. Övladımız ola bilməz?

Həmişə belə deyil. Bəzən sperm xayada istehsal olunur, amma axarlar tıxandığı üçün xaricə çıxa bilmir. TESE və ya mikro-TESE ilə xayadan əldə olunan spermlərlə ICSI üsulu ilə mayalanma aparıla bilər. Spermin tapılma ehtimalı əvvəlcədən müayinələrlə qiymətləndirilir.

Onlayn konsultasiya edirsinizmi?

Tam onlayn konsultasiya aparmırıq, çünki düzgün qərar üçün müayinə vacibdir. Amma analizlərinizi Instagram və ya WhatsApp vasitəsilə göndərib ilkin sualınızı verə və qəbula yazıla bilərsiniz.

Bütün suallar

Əlaqə

Qəbula yazılmaq üçün bizə zəng edin və ya yazın

Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Əvvəlki bütün analizlərinizi və müalicə sənədlərinizi özünüzlə gətirin.

  • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
  • VizitkartZəng, WhatsApp, ünvan və sosial şəbəkələr bir yerdə

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü