Təsisçi və rəhbər

Dr. Emin Haqverdiyev

Uzman mama-ginekoloq, ginekoloq-cərrah, süni mayalanma mütəxəssisi · DURU Sonsuzluq Mərkəzinin təsisçisi və rəhbəri

Dr. Emin Yusif oğlu Haqverdiyev Bakıda qəbul edən uzman mama-ginekoloq və süni mayalanma mütəxəssisidir. 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. Tibb təhsilini və mama-ginekologiya üzrə ixtisaslaşmanı Ankarada alıb, İstanbul və İzmitdə süni mayalanma bölmələrində çalışıb. 2019-cu ildən Bakıda fəaliyyət göstərir. 2021-ci ildən isə təsis etdiyi Duru Qadın Sağlamlığı Mərkəzinə — bugünkü DURU Sonsuzluq Mərkəzinə — rəhbərlik edir.

  • ESHRE və ASRM üzvü
  • Azərbaycan və türk dilləri
Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

Təhsil

  1. 2006–2012Gazi Universiteti, Tibb fakültəsiAnkara, Türkiyə
  2. 2012–2016Mama-ginekologiya üzrə ixtisaslaşma (uzmanlıq)Ankara Yıldırım Beyazıt Universiteti, Atatürk Təhsil və Tədqiqat Xəstəxanası (Ankara)

Peşəkar təcrübə

  1. 2016Acıbadem Atakent Xəstəxanası (İstanbul)Robotik cərrahiyyə və süni mayalanma bölməsi; “Süni mayalanmanın uğurunu artıran texnologiyalar” elmi tədqiqat qrupunun üzvü
  2. 2017–2019Bahçeşehir Universiteti, Tibb fakültəsi (İstanbul)Sonsuzluq xəstələrində innovasiyalar sahəsində həkim-pedaqoq
  3. 2017–2019VM Medical Park İzmit XəstəxanasıSüni mayalanma şöbəsində ginekoloq-cərrah
  4. 2019–2021Reproduktiv Sağlamlıq Mərkəzi (Bakı)Cərrah mama-ginekoloq və süni mayalanma mütəxəssisi
  5. 2021-dənDuru Qadın Sağlamlığı Mərkəzi / DURU Sonsuzluq Mərkəzi (Bakı)Təsisçi və rəhbər

Peşəkar üzvlüklər

  • Türk Ginekologiya və Mamalıq Cəmiyyəti (Türk Jinekoloji ve Obstetrik Derneği, TJOD)
  • Minimal İnvaziv Ginekologiya Cəmiyyəti (Minimal İnvaziv Jinekoloji Derneği)
  • Reproduktiv Tibb və Cərrahiyyə Cəmiyyəti (Üreme Tıbbı ve Cerrahisi Derneği, Türkiyə)
  • Avropa İnsan Reproduksiyası və Embriologiyası Cəmiyyəti (ESHRE)
  • Amerika Reproduktiv Tibb Cəmiyyəti (ASRM)

Əsas iş sahələri

Dillər: Azərbaycan və türk dilləri.

Dr. Emin Haqverdiyev (sağda) əməliyyat zamanı
Əməliyyat zamanı

Yanaşması — öz sözləri ilə

“Xəstələrimizi nə vaxt əməliyyat edəcəyimizi bildiyimiz kimi, nə vaxt əməliyyat etməməli olduğumuzu da bilməliyik. Biz cərrahlar bunu daha gec öyrənirik — yaxşı və orta cərrah arasındakı fərq məhz budur.”

“Biz heç vaxt yaxşı olduğumuzu iddia etməmişik — bunu siz deyirsiniz. Amma yaxşı niyyətli olduğumuzu həmişə deyirik.”

“Həmişə deyirik: səbəbini tapmadan addım atmayın.”

“Uğura sahib çıxdığımız kimi, uğursuzluğa da sahib çıxmaq fəzilətdir.”

Elmi fəaliyyət

  • İxtisas (uzmanlıq) dissertasiyası, 2016. “Tubo-ovarial abseslərin klinik xüsusiyyətləri, risk amilləri və müalicəsinin retrospektiv qiymətləndirilməsi”. Ankara Yıldırım Beyazıt Universiteti, Tibb fakültəsi, Mama-ginekologiya kafedrası. Türkcə adı: “Tubo-ovaryan abseler klinik özellikleri, risk faktörleri ve tedavilerinin retrospektif değerlendirilmesi” (Türkiyə Milli Dissertasiya Mərkəzi, № 443789).
  • Elmi məqalə (həmmüəllif), 2019. Şimşek E, Yavuz AF, Terzi E, Uysal TK, Öz Bedir BE, Haqverdiyev E, Özensoy Güler Ö. “Enzymes During Pregnancy: Cytosolic Carbonic Anhydrase, Catalase, Paraoxonase 1 and Xanthine Oxidase Levels”. Online Turkish Journal of Health Sciences 2019;4(1):79–93. doi:10.26453/otjhs.409112
  • Konqres və elmi tədbirlər: ESHRE-nin 41-ci illik toplantısında iştirak (2025); Türkiyə Reproduktiv Tibb və Cərrahiyyə Cəmiyyətinin (ÜTCD) elmi tədbirində süni mayalanma sahəsinin tanınmış professorları ilə birgə çıxış; Bakıda keçirilən beynəlxalq urologiya konqresində dəvətli iştirak.
  • Həkimlər üçün maarifləndirmə: beynəlxalq həkim toplantısında süni mayalanma və bu yolla əldə olunan hamiləliklərin idarə olunması barədə həkim həmkarlarına çıxış.

Mediada

Dr. Emin Haqverdiyev İTV-nin “Sağlam Yaşamaq” (2019) və ARB-nin “Faydalı Saat” (2020) verilişlərində, “Üzləşmə” və “Podkast Kimi Adam” podkastlarında (2025) sonsuzluq və süni mayalanma mövzusunda çıxış edib.

Bütün çıxışlar və tədbirlər

Video kanalları

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü