Embrion, yumurta və sperma dondurma

Dondurma (kriokonservasiya) embrionların, yumurtaların və ya spermanın xüsusi mühitlə qorunaraq dondurulması və −196 °C temperaturda, maye azot tanklarında saxlanmasıdır. Lazım olduqda hüceyrələr əridilir və müalicədə istifadə olunur. Mərkəzimizdə dondurulmuş bütün nümunələr bu tanklarda saxlanılır.

  • −196 °C, maye azot tankları
  • Nümunələr mərkəzimizdə saxlanılır

Embrion dondurma nə vaxt lazımdır?

  • süni mayalanmadan sonra transfer olunmayan keyfiyyətli embrionlar qaldıqda;
  • endometrium və ya hormonal vəziyyət təzə transfer üçün uyğun olmadıqda;
  • embrionların genetik test (PGT) nəticəsini gözləmək lazım olduqda.

Dondurulmuş embrionlar gələcək transferlərdə istifadə olunur. Bu, cütlüyü yenidən stimulyasiya və yumurta toplama mərhələsindən keçmək ehtiyacından qoruya bilər.

Yumurta dondurma

Yumurta dondurma ana olmağı təxirə salmalı olan xanımlar üçün fertilliyi qorumaq üsuludur.

Yumurta dondurma haqqında ətraflı

Sperma dondurma

Sperma kişinin yumurta toplama günü iştirak edə bilməyəcəyi hallarda, TESE ilə əldə olunan nümunələr üçün, həmçinin spermin keyfiyyətinə təsir edə biləcək müalicədən əvvəl dondurulur. Mövcud araşdırmalar dondurulmuş sperma ilə mayalanmadan doğulan uşaqların sağlamlıq göstəricilərinin təzə sperma ilə doğulan uşaqlardan fərqlənmədiyini göstərir.

Dondurulmuş embrion və yumurta sonradan uğurla istifadə oluna bilərmi?

Bəli, amma nəticəni əvvəlcədən demək olmaz. Əridildikdən sonra hər embrion və ya yumurta eyni dərəcədə salamat qalmaya bilər. Nəticə dondurma zamanı qadının yaşından, hüceyrələrin keyfiyyətindən və laboratoriyanın təcrübəsindən asılıdır. Dondurma və əritmə mərhələləri laboratoriyada ən çox diqqət tələb edən proseslərdəndir.

Embrionu başqa yerə daşımaq mümkündürmü?

Bəli, texniki cəhətdən mümkündür: embrionlar xüsusi daşınma konteynerlərində, dondurulmuş vəziyyətdə təhlükəsiz daşına bilər. Belə hallarda şərtləri əvvəlcədən mərkəzlə razılaşdırmaq lazımdır.

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü