Laparoskopiya (qapalı əməliyyat)

Laparoskopiya qarın divarında açılan bir neçə kiçik dəlikdən kamera və incə alətlər daxil edilərək aparılan əməliyyatdır. Açıq əməliyyatla müqayisədə ağrı daha az olur, bərpa daha tez gedir və çanaqda yeni yapışıqlıq riski azalır. Sonsuzluq cərrahiyyəsində bu, xüsusilə vacibdir. Bizim yanaşmamız birmənalıdır: sonsuzluq əməliyyatları mümkün olan bütün hallarda qapalı yolla aparılmalıdır. Qapalı əməliyyat lüks deyil, ehtiyacdır.

  • Bir neçə kiçik dəlikdən aparılır
  • Daha az ağrı, daha tez bərpa
  • Yeni yapışıqlıq riski azalır

Laparoskopiya hansı hallarda aparılır?

  • Endometrioz, o cümlədən dərin endometrioz düyünlərinin çıxarılması;
  • çanaqda yapışıqlıqların açılması;
  • uşaqlıq borularının keçiriciliyinin bərpası, göstəriş olduqda;
  • ikibuynuzlu uşaqlıq və digər anadangəlmə anomaliyaların korreksiyası;
  • histeroskopiya ilə birlikdə kompleks qiymətləndirmə tələb edən hallar.

Hər problem əməliyyat tələb edirmi?

Xeyr. Xəstəni nə vaxt əməliyyat etmək lazım olduğunu bilmək qədər, nə vaxt əməliyyat etməmək lazım olduğunu bilmək də vacibdir. Bəzən doğru diaqnoz və düzgün müalicə planı əməliyyata ehtiyacı tamamilə aradan qaldırır. USM-də görünən hər kista və mioma əməliyyat tələb etmir.

Əməliyyatdan sonra hamiləlik necə planlaşdırılır?

Anatomik problem aradan qaldırıldıqdan sonra bəzi xəstələrdə hamiləlik təbii yolla baş verir. Bəzi hallarda isə əməliyyatdan sonra vaxt itirmədən süni mayalanmaya keçmək daha düzgündür. Hansı yolun seçiləcəyini əməliyyat zamanı görülən vəziyyət, qadının yaşı və yumurta ehtiyatı müəyyən edir.

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü