DURU Sonsuzluq Mərkəzi haqqında

DURU Sonsuzluq Mərkəzi (Duru Klinik) Bakıda fəaliyyət göstərən sonsuzluq və qadın sağlamlığı mərkəzidir. Mərkəz 2021-ci ildə uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi Dr. Emin Haqverdiyev tərəfindən Duru Qadın Sağlamlığı Mərkəzi kimi təsis edilib və bu gün də onun rəhbərliyi ilə işləyir.

  • 2021-ci ildən
  • Nəsimi rayonu, Bakı
  • Bölgə qəbulları

Sonsuzluğun sonu var

Mərkəz Bakıda, Nəsimi rayonunda, 20 Yanvar metrosunun yaxınlığında — Məmmədcəfər Cəfərov küçəsi 12 ünvanında qəbul edir.

Adımız süni mayalanma ilə tanınsa da, biz yalnız süni mayalanma etmirik. Sonsuzluğun araşdırılması, müalicəsi, cərrahi həlli və hamiləliyin təqibi eyni komanda tərəfindən planlaşdırılır. Sadə ginekoloji müayinədən mürəkkəb əməliyyatlara qədər qadın sağlamlığının bütün mərhələlərində yanınızdayıq.

Şüarımız — “Sonsuzluğun sonu var”. Bu, hər cütlüyə nəticə vəd etmək deyil. Bu, səbəbi axtarmaqdan yorulmamaq, real şansı açıq izah etmək və o şansdan düzgün istifadə etmək deməkdir.

Dr. Emin Haqverdiyev haqqında

Nə ilə məşğuluq?

  • sonsuzluğun qadın və kişi səbəblərinin araşdırılması;
  • süni mayalanma (IVF), ICSI, aşılama (IUI) və embrion transferi;
  • embrion, yumurta və sperma dondurma, fertilliyin qorunması;
  • azoospermiyada TESE və mikro-TESE ilə sperm əldə edilməsi;
  • embrionların genetik testi (PGT), karyotip və genetik skrininq;
  • sonsuzluq cərrahiyyəsi: histeroskopiya və laparoskopiya;
  • riskli hamiləliyin təqibi, serklaj və qeysəriyyə;
  • ginekoloji müayinə, kontrasepsiya və estetik ginekologiya;
  • psixoloji dəstək.
Bütün xidmətlər

Yanaşmamız

Necə işləyirik?

  1. Hər qərar müayinəyə əsaslanır

    Səbəbini tapmadan addım atmırıq.

  2. Protokollar fərdidir

    Hər dərman hər kəs üçün deyil; müayinəsiz verilən müalicə risklidir.

  3. Tarixləri orqanizm müəyyən edir

    Stimulyasiya, yumurta toplama və transfer tarixləri həftə sonuna görə deyil, follikulların və endometriumun vəziyyətinə görə planlaşdırılır.

  4. Tələsmirik

    Transferdən əvvəl endometrium bizi qane etmirsə, transferi təxirə salırıq. Ən kiçik şübhə də nəzərə alınır.

  5. Uğursuzluğu gizlətmirik

    Bizim işimizdə uğursuzluq da olur. Uğuru bölüşdüyümüz kimi, uğursuzluğu da açıq deyirik və səbəbini birlikdə araşdırırıq.

Etika

Etik prinsiplərimiz

Xəstə hekayələri, fotoşəkillər və videolar yalnız xəstənin şifahi və yazılı razılığı ilə paylaşılır.

Maarifləndirici məzmunumuz reklam məqsədi daşımır: onun məqsədi xəstələri tibbi prosedurlar barədə düzgün məlumatlandırmaqdır.

Heç bir müalicədə nəticəni əvvəlcədən vəd etmirik və uğur faizi ilə reklam etmirik.

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü