Embriologiya laboratoriyası

Süni mayalanmanın nəticəsinə təsir edən ən vacib amillərdən biri embriologiya laboratoriyası və orada çalışan mütəxəssislərin peşəkarlığıdır. Embrion sadəcə laboratoriya mərhələsi deyil — gələcək bir həyatın ilk addımıdır. Seçimdən izləməyə, dondurmadan transferə qədər hər detal böyük məsuliyyət daşıyır.

  • Klassik IVF və ICSI
  • Çip üsulu ilə sperm seçimi
  • Embrionların izlənməsi
  • Dondurma və saxlanma

“Yaxşı embrioloq işimizin ən azı yarısıdır. Siz məni görürsünüz, arxa planda isə qəhrəman embrioloqlarımız var.”

Dr. Emin Haqverdiyev

Laboratoriyada hansı işlər görülür?

  • sperma analizi və nümunənin müalicə üçün hazırlanması;
  • spermlərin hərəkətliliyinə və quruluşuna görə seçilməsi, göstəriş olduqda çip üsulu;
  • TESE və mikro-TESE nümunələrində sperm axtarışı — bəzən bir nümunənin bir saatdan artıq araşdırılması ilə;
  • yumurtaların hazırlanması və yetkinliyin qiymətləndirilməsi;
  • klassik IVF və ICSI, bəzi hallarda Piezo-ICSI;
  • embrionların inkişafının izlənməsi və qiymətləndirilməsi;
  • genetik test planlaşdırıldıqda genetik tərəfdaşımızla koordinasiya;
  • embrion, yumurta və spermanın dondurulması, maye azot tanklarında saxlanması və əridilməsi.

Embrion necə seçilir?

Embrion seçimini marafona bənzətmək olar: yüz metrlik məsafəni hamı qaça bilər, idmançının əsl keyfiyyəti isə məsafə uzandıqca üzə çıxır. Embrionlar da laboratoriyada izləndikcə onların inkişaf potensialı daha aydın görünür. Transfer üçün embrion bu müşahidələrə əsasən seçilir.

Embrioloqlarımız

Laboratoriyada embrioloqlar Cem SancarQənifə Cəfərova çalışır. Onların görünməyən əməyi hər xoş xəbərin başlanğıcıdır: mikroskop altında yeni həyatın ilk mərhələsinə elmi dəqiqlik, səbr və böyük məsuliyyətlə yanaşmaq.

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü