Yumurta ehtiyatı

Aşağı AMH: rəqəmdən qorxmaq yox, vaxtı düzgün istifadə etmək

Anti-Müller hormonu (AMH) yumurtalıqlardakı kiçik follikullardan ifraz olunur və yumurta ehtiyatının miqdarı barədə məlumat verir. Analiz menstrual siklin istənilən günündə verilə bilər.

AMH nəyi göstərmir?

AMH yumurtanın keyfiyyətini birbaşa göstərmir. Keyfiyyətə ən çox təsir edən amil qadının yaşıdır. Buna görə eyni AMH göstəricisi 30 və 40 yaşlı qadında fərqli məna daşıyır.

Aşağı AMH nə deməkdir?

Aşağı AMH stimulyasiya zamanı daha az yumurta əldə olunacağı deməkdir. Amma süni mayalanma üçün bəzən bir keyfiyyətli yumurta da kifayət edir. Aşağı AMH ümidsizlik deyil — vaxtın daha dəyərli olması deməkdir.

Nə etmək olar?

  • vaxt itirmədən reproduktoloqa müraciət etmək;
  • yaşa və yumurtalıq cavabına uyğun fərdi protokol seçmək;
  • hamiləliyi sonraya planlaşdırırsınızsa, yumurta dondurmanı gecikdirməmək;
  • seçilmiş hallarda yumurtalıqdaxili PRP-ni müzakirə etmək. Bu üsulun effektivliyi barədə elmi araşdırmalar davam edir və o, hər xəstəyə uyğun deyil.

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü