Endometrium davamlı olaraq qalınlaşmırsa, iki əsas səbəb axtarılır
- Çapıq və ya yapışıqlıq. Əvvəlki küretaj, abort və ya uşaqlıqdaxili müdaxilələrdən sonra uşaqlıq boşluğunda çapıq toxuması yarana bilər. Bu toxuma endometriumun normal böyüməsinə mane olur.
- Xroniki endometrit. Endometriumun uzunmüddətli, çox vaxt əlamətsiz iltihabıdır. O, embrionun yapışmasını çətinləşdirə bilər.
Necə aşkarlanır?
Hər iki problem histeroskopiya ilə, lazım olduqda endometrial biopsiya ilə aşkarlanır. Histeroskopiya zamanı yapışıqlıqlar eyni seansda açıla bilər. Xroniki endometrit isə səbəbə uyğun müalicə olunur.
Qalınlıq hər şey deyil
Endometriumun qalınlığı normal olsa belə, bu, hələ hamiləliyi təmin etmir. Uşaqlıq boşluğunun forması, polip və ya arakəsmənin olub-olmaması da vacibdir. Buna görə mərkəzimizdə transferdən əvvəl endometrium bizi qane etmirsə, transfer təxirə salınır: embrionlar dondurulur və uşaqlıq hazır olanda köçürülür.