- “Süni mayalanma ilə doğulan uşaq süni olur.” Yanlışdır. Uşaq cütlüyün öz yumurta və spermindən yaranır. “Süni” olan yalnız mayalanmanın baş verdiyi yerdir — laboratoriya.
- “Uşağın cinsiyyətini hesablama ilə və ya aşılama ilə seçmək olar.” Yanlışdır. Embrionun cinsiyyəti yalnız süni mayalanma zamanı aparılan genetik testlə müəyyən edilə bilər.
- “Borular cinsiyyətə təsir edir.” Yanlışdır. Uşaqlıq borularının uşağın cinsiyyətinin müəyyənləşməsinə heç bir aidiyyəti yoxdur.
- “Bağlı borunu dərman və ya boru yuyulması açır.” Yanlışdır. Səbəb və yer müəyyən edilməlidir. Çıxış yolu laparoskopiya və ya süni mayalanmadır.
- “Uşaqlıq masajı əyriliyi düzəldir, miomanı müalicə edir.” Yanlışdır. Bu üsulun sonsuzluq müalicəsində elmi əsası yoxdur.
- “Hər ay USM-ə düşmək hamiləliyə kömək edir.” Yanlışdır. Səbəb araşdırılmadan hər ay follikul izləməsi problemi həll etmir, yalnız vaxt aparır.
- “Transferdən sonra günlərlə yataqda qalmaq lazımdır.” Yanlışdır. Qısa istirahətdən sonra adi gündəlik həyata qayıtmaq olar. Tam hərəkətsizlik nəticəni yaxşılaşdırmır.