Süni mayalanma

Süni mayalanma uğursuz olub: növbəti cəhddən əvvəl nələr yoxlanmalıdır?

Uğursuz süni mayalanma cəhdi ağır emosional sınaqdır. Amma uğursuz cəhd hələ son demək deyil. Bəzən sadəcə yanaşma dəyişməlidir.

Təkrarlanan uğursuzluqlarda iki mühüm istiqamət

Süni mayalanma dəfələrlə nəticə verməyibsə və ya hamiləlik təkrar-təkrar erkən həftələrdə dayanıbsa, həkimin qiymətləndirməsi ilə iki istiqamət araşdırılır:

  1. Genetik amillər — cütlüyün karyotip analizi, göstəriş olduqda embrionun genetik testi (PGT).
  2. Laxtalanma pozğunluqları (trombofiliya) — göstəriş olduqda qanın laxtalanma sistemini yoxlayan analizlər.

Başqa nələr təhlil edilir?

  • əvvəlki stimulyasiya protokolu və yumurtalıqların cavabı;
  • əldə olunan yumurta və embrionların keyfiyyəti;
  • endometriumun vəziyyəti və uşaqlıq boşluğu (lazım olduqda histeroskopiya);
  • spermin keyfiyyəti və seçim üsulu.

Eyni addımı təkrarlamayın

Səbəb tapılmadan eyni protokolu təkrarlamaq vaxt, pul və ümid itkisidir. Mərkəzimizə başqa mərkəzlərdə dəfələrlə uğursuz cəhd etmiş cütlüklər də müraciət edir. Onların müalicəsi əvvəlki bütün protokolların təhlili ilə başlayır. Buna görə əvvəlki müalicə sənədlərinizi mütləq özünüzlə gətirin.

Tez-tez axtarılanlar

    Nəticələr arasında ↑ ↓ ilə keçin, Enter ilə açın, Esc ilə bağlayın.

    Vizitkart

    DURU Sonsuzluq Mərkəzi

    Dr. Emin Haqverdiyev — uzman mama-ginekoloq, süni mayalanma mütəxəssisi

    • ÜnvanNəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 (20 Yanvar m/s yaxınlığı)
    • Qeydiyyat nömrəsiZəng və WhatsApp
    • XəritəÜnvanı Google Xəritələrdə açın Açın

    Qəbul əvvəlcədən qeydiyyatla aparılır. Tam onlayn konsultasiya aparılmır, amma analizlərinizi WhatsApp və ya Instagram vasitəsilə göndərib ilkin sualınızı verə bilərsiniz.

    Əlçatanlıq ayarları

    Mətn ölçüsü