Necə işləyir?
Yumurtalıqlar təxminən 10–12 gün stimulyasiya olunur, yumurtalar narkoz altında toplanır və yetkin yumurtalar dondurularaq maye azotda saxlanılır. Dondurulmuş yumurtanın bioloji yaşı dondurulduğu andakı yaş kimi qalır.
Nə vaxt düşünmək lazımdır?
Nə qədər tez, bir o qədər yaxşıdır. AMH göstəricisi azalmağa başlayıbsa, qərarı gecikdirməyin. Həkim yaşınıza və AMH-a görə neçə yumurtanın dondurulmasının məqsədəuyğun olduğunu izah edəcək.
Evlənməmiş xanımlar üçün
Yumurtalar vaginal yolla deyil, qarın ön divarından — göbək ətrafından, USM nəzarəti altında toplana bilər. Bu üsul mərkəzimizdə tətbiq olunur. Onun mümkünlüyü yumurtalıqların yerləşməsindən asılıdır və müayinədən sonra müəyyən edilir.
Real gözləntilər
Dondurulmuş yumurta gələcəkdə hamiləliyi təmin etmir, amma şansı qoruyur. Yumurtalar dondurulmasaydı, illər sonra qadının əlində daha az və daha zəif yumurta qalardı.